17 fevral 2026 01:01
87

Dağıstanda qaz sızması yerindən sakinlər təxliyə edilib

Dağıstanda bir işçinin öldüyü qaz sızması yerindən sakinlər təxliyə edilib. “İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə respublika paytaxtının rəhbəri Cambulat Salavov məlumat verib.

"Əhali zərər çəkmiş ərazidən uğurla təxliyə edilib. 6 nömrəli məktəbdə təcili yardım mərkəzi yaradılıb və burada bütün lazımi təhlükəsizlik və rahatlıq tədbirləri görülüb", - Salavov özünün Telegram kanalında yazıb.

O, həmçinin qeyd edib ki, Novı Xuşet kəndindəki qaz anbarında baş verən fövqəladə vəziyyətlə əlaqədar Mahaçqalada yüksək hazırlıq vəziyyəti elan edilib. Respublika başçısı Sergey Melikovun göstərişi ilə hadisənin nəticələrini aradan qaldırmaq və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün təcili yardım mərkəzi yaradılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”