Fevralın 15-də Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri, ölkəmizin İƏT yanında daimi nümayəndəsi Mütəllim Mirzəyev etimadnaməsini İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn Brahim Tahaya təqdim edib.
“İki sahil” xəbər verir ki, Ciddədə İƏT-in Baş Katibliyinin qərargahında görüşdə Azərbaycan və İƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Diplomat Azərbaycanın İƏT ilə münasibətləri daha da inkişaf etdirmək, siyasi, iqtisadi və mədəni əlaqələri daha genişləndirmək əzmində olduğunu qeyd edib.
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub
Şamaxıda keçirilən beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə fikir mübadiləsi aparılıb