Rusiyanın hazırda yaratdığı ən böyük təhlükə odur ki, Rusiya danışıqlar masasında döyüş meydanında qazandığından daha çox şey əldə edə bilər. Danışıqlar mövzusuna gəldikdə, masada yer almaqdan da vacib olan məsələ həmin masada oturanda nə istədiyini bilməkdir. Mən bunu çox sadə görürəm: Rusiyanın maksimal tələblərinə minimal cavablarla reaksiya vermək olmaz.
“İki sahil” xəbər verir ki, bu fikri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas 62-ci Münxen Təhlükəsizlik Konfransının sonuncu günündə keçirilən panel iclasında bildirib.
Rusiyanın artıq supergüc olmadığını deyən K.Kallas qeyd edib ki, on ildən artıq davam edən münaqişədən və Ukraynada dördillik müharibədən sonra Rusiya 1,2 milyon nəfər itirməsinə baxmayaraq, 2014-cü ildən bəri cəbhə xəttini demək olar ki, dəyişə bilməyib: “Bu gün Rusiya sındırılıb, iqtisadiyyatı dağılır, enerji bazarlarından təcrid olunub və öz əhalisi ölkəni tərk edir”.
Müharibə cinayətləri üçün heç bir amnistiyanın olmamasının vacibliyini qeyd edən Aİ rəsmisi deyib: “Əgər Ukrayna Silahlı Qüvvələrinin imkanları məhdudlaşdırılmalıdırsa, bu, Rusiya üçün də eyni şəkildə keçərli olmalıdır. Rusiya harada dağıntı törədibsə, onun əvəzini ödəməlidir. Müharibə cinayətləri üçün heç bir amnistiya olmamalıdır. Deportasiya olunmuş ukraynalı uşaqlar geri qaytarılmalıdır. Sülh məqsəddirsə, Rusiyanın qəbul etməli olduğu minimum məhz budur. Amma biz güman edirik ki, sülh məqsəd deyil. Məhz buna görə də Avropa dostları ilə birlikdə silahlanır və öz müdafiəsini gücləndirir”.
Belqraddakı binalardan biri Azərbaycan və Serbiya bayraqlarının rəngləri ilə işıqlandırılıb
Donald Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq