15 fevral 2026 20:02
94

Çində mağazada partlayış nəticəsində səkkiz nəfər ölüb

Çinin şərqindəki Szyansu əyalətində pirotexniki vasitələrin satışı mağazasında baş verən partlayış nəticəsində azı səkkiz nəfər ölüb, daha iki nəfər isə yanıq xəsarəti alıb.

“İki sahil” xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə Lyanyunan şəhər dairəsinin Dunhay rayonunda baş verib. Yerli sakinlərdən biri pirotexniki vasitələrin satışı mağazasının yaxınlığında atəşfəşanlıq nümayiş etdirərək partlayışa və sonra yanğına səbəb olub. Yanğınsöndürənlər partlayışdan bir saat yarım sonra yanğını söndürüblər.

Polis hadisəyə görə məsuliyyət daşıyan şəxsi saxlayıb. Hadisənin səbəbi ilə bağlı əlavə araşdırmalar davam edir.