15 fevral 2026 16:30
103

WUF13: Əlçatanlıq prinsipləri əsas prioritetlərdən biri kimi nəzərə alınıb

Bakı Olimpiya Stadionunda baş tutacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) məkanın planlaşdırılması prosesi zamanı əlçatanlıq prinsipləri əsas prioritetlərdən biri kimi nəzərə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial media hesabında məlumat paylaşılıb.

Bildirilib ki, iştirakçıların rahat və təhlükəsiz hərəkəti üçün aydın istiqamətləndirici nişanlar, panduslar, liftlər, müyəssər sanitar qovşaqlar, taktil yollar, eləcə də yerində dəstək xidmətlərinin təmin edilməsi planlaşdırılır:

"Tədbirin bütün sahələrində inklüzivliyi təmin etmək üçün əlçatanlıq xidmətlərinin planlaşdırılması və həyata keçirilməsi prosesinə müxtəlif sosial qrupları təmsil edən əlilliyi olan şəxslər də fəal şəkildə cəlb olunacaqlar".