15 fevral 2026 16:10
94

Naxçıvanda magistraturaya qəbul imtahanında 542 bakalavr iştirak edib

Bu gün Naxçıvan Muxtar Respublikasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistratura səviyyəsinə qəbul imtahanı keçirilib.

“İki sahil” xəbər verir ki, imtahan iki binada təşkil olunub və ümumilikdə 542 bakalavr iştirak edib.

İmtahan prosesinə nəzarətin səmərəli təşkili məqsədilə 6 imtahan rəhbəri və 56 nəzarətçi-müəllim ayrılıb.

Qeyd edək ki, imtahan saat 11:00-da başlayıb.