Suriya ordusu Həsəkə vilayətində yerləşən ABŞ-nin Əş-Şaddadi hərbi bazasına nəzarəti ələ keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə SANA-ya ölkənin Müdafiə Nazirliyindən bildirilib.
Açıqlamaya görə, əməliyyat Amerika tərəfi ilə razılaşdırıldıqdan sonra həyata keçirilib.
Hərbi baza Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşir. Keçən ilin aprelində ABŞ "Suriya Demokratik Qüvvələri" (SDQ - PKK-nın Suriya qolu) qruplaşmasının nəzarətində olan bazadan hərbçi və döyüş texnikasının tədricən çıxarılmasına başlayıb.
"Amazon", "Tesla" və "Nokia"nın təchizatçılarının arasında sanksiya siyahısındakı şirkətlər ola bilər
Rusiya qazının Monqolustan ərazisindən Çinə ixracı yeni strateji imkanlar açır