14 fevral 2026 23:00
102

Dövlət Ehtiyatları İdarəsi: Slovakiyanın kifayət qədər neft ehtiyatı var

Rusiya neftinin “Drujba” boru kəməri vasitəsilə respublikaya tədarükünün dayandırılmasına baxmayaraq, Slovakiyanın kifayət qədər neft və neft məhsulları ehtiyatı var.

İki sahil” yazır ki, bu barədə Slovakiyanın Dövlət Ehtiyatları İdarəsi məlumat yayıb.

Bildirilib ki, Dövlət Ehtiyatları İdarəsi hökumətin təsdiqi ilə lazımi həcmi buraxmağa hazırdır.

Məlumata görə, 16 fevral bazar ertəsi günü Slovakiya Enerji Təhlükəsizliyi Komissiyasının təcili iclası keçiriləcək. İclasda mövcud vəziyyət qiymətləndiriləcək və respublikanın neft tədarükünün təmin edilməsi üçün gələcək tədbirlər planları müzakirə olunacaq. Açıqlamaya görə, Bratislava “Drujba” boru kəməri ətrafındakı vəziyyəti yaxından izləyir.

Slovakiya İqtisadiyyat Nazirliyi ölkənin təxminən 90 günlük strateji neft və neft məhsulları ehtiyatlarına malik olduğunu bildirib. Nazirlik fevral ayının əvvəlindən dayandırılmış “Drujba” boru kəməri ilə enerji təchizatının yaxın günlərdə bərpa olunacağını gözləyir.

Macarıstan və Slovakiya “Drujba” boru kəməri vasitəsilə birbaşa Avropa İttifaqı ölkələrindən neft alır. Bu boru kəməri Macarıstandan Xorvatiyaya, daha sonra isə Serbiyaya tranzit yolu ilə keçir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”