14 fevral 2026 15:22
146

Nazir: Qoşunların döyüş qabiliyyətinin artırılması davam edir

Dövlət başçısının (Prezident İlham Əliyev – red.) tapşırıqlarına uyğun olaraq, ölkəmizin ərazi bütövlüyünün silahlı müdafiəsinin təşkili, hərbi təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsi, qoşunların əməliyyat imkanlarının və döyüş qabiliyyətinin artırılması, eləcə də müasir silah sistemlərinin Azərbaycan Ordusunun arsenalına daxil edilməsi istiqamətində tədbirlər ardıcıl və uğurla həyata keçirilir.

İki sahil” yazır ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin 2025-ci ilin yekunlarına dair kollegiya iclasında deyib.

O, 2025-ci ildə Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətində qanunazidd hərəkətlərin qarşısının alınmasında və korrupsiya ilə mübarizədə, eləcə də əks-kəşfiyyatın təşkilində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının, Dövlət Təhlükəsizlik Xidmətinin və Hərbi Prokurorluğun rəhbərliklərinin dəstəyini xüsusi qeyd edərək, bu istiqamətdə görülən birgə tədbirlərin cari ildə də davam etdiriləcəyini kollegiya iştirakçılarının diqqətinə çatdırıb.