14 fevral 2026 19:20
524

Naxçıvanda dəm qazı faciəsi - ölənlərin sayı artıb -  YENİLƏNİB

Naxçıvanda dəm qazı sızması nəticəsində xəstəxanaya yerləşdirilən azyaşlılardan biri dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, uşaqların hamısı Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüb.

Onlardan biri 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov bu xəstəxanada dünyasını dəyişib.

***

Naxçıvanda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb. Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu həyatını itirib, övladları 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərlənib. Onlar Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.