BDU komandası Özbəkistanda kibertəhlükəsizlik üzrə “Cybersecurity Capture the Flag (CTF) 2026” olimpiadasında iştirak edəcək
Bakı Dövlət Universitetinin (BDU) tələbələrdən ibarət komandası 2026-cı 27-29 mart il tarixlərində Özbəkistanın Orta Asiya Universitetində keçiriləcək kibertəhlükəsizlik üzrə “Cybersecurity Capture the Flag (CTF) 2026” olimpiadasında iştirak edəcək.
“İki sahil” xəbər verir ki, komandanın məşqçisi İsmayıl Zeynalov, üzvləri isə BDU tələbələri Sübhan Sultanov (II kurs), Kənan Rəsulov, Cəmil Cəfərli (III kurs) və Əli Quliyevdir (IV kurs).
Ali təhsilin bakalavriat səviyyəsinin tələbələri arasında keçirilən Olimpiada kibertəhlükəsizlik, şəbəkə təhlükəsizliyi, rəqəmsal kriminalistika, kriptoqrafiya və sistem müdafiəsi istiqamətində tələbələrin peşəkar bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş hakatondur.