Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramlarının əhatə dairəsi ildən-ilə genişlənməklə həmin proqramlara cəlb edilənlərin sayı da ciddi şəkildə artıb.
“İki sahil” xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2018-ci ilə nisbətən 2025-ci ildə işlə təmin olunanların sayı 3,6 dəfə artaraq 189 min, özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2,7 dəfə artaraq 16,8 min nəfər təşkil edib.
Ötən il 18,4 min nəfər peşə hazırlığına cəlb edilib ki, bu göstəricilər 2018-ci illə müqayisədə müvafiq olaraq 7,1 dəfə çoxdur.
Peşəyönümü xidmətlər göstərilən şəxslərin illik sayı isə hımin dövrdə 3 dəfəyə yaxın artaraq 342,7 minə çatıb.
Bakı aeroportu sərnişinlərə alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib
Nizami rayonunda “Lider qadınlar platforması” layihəsinin açılış tədbiri keçirilib