13 fevral 2026 16:22
97

ABŞ Ukraynanı Donbas məsələsində GÜZƏŞTLƏRƏ MƏCBUR EDİR - İDDİA

ABŞ Ukraynaya qarşı təzyiqləri artıraraq Rusiya ilə danışıqlarda Donbasla bağlı güzəştlərə getməyə məcbur edir.

“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadla məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Birləşmiş Ştatlar Kiyevə təzyiq göstərir ki, Ukraynanın şərq bölgəsi, yəni Donbas üzrə güzəştlərə getsin.

Əvvəllər "The Atlantic" yazmışdı ki, Zelenski Donetskin bir hissəsindən imtina etməyə hazır ola bilər.