13 fevral 2026 11:20
105

Azərbaycan nümayəndə heyəti "Sülh körpüsü" dəyirmi masasında iştirak etmək üçün Ermənistana gedib

Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində fevralın 13-14-də ikitərəfli dəyirmi masa keçiriləcək.

“İki sahil” xəbər verir ki,  bu barədə "Report"  məlumat yayıb.

Dəyirmi masada Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşəcək.

Qeyd olunub ki, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurlardan keçərək delimatasiya və demarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistana gəlib.

"Sülh körpüsü" təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, bu dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupu iştirak edəcək.

Məlumata görə, Azərbaycan nümayəndə heyətinə 19 nəfər daxildir, onların arasında Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İsgəndərli, Fuad Abdullayev, Könül Bədəlova, Zaur Şiriyev, Murad Muradov, Aytən Qəhrəman, Rauf Ağəmirzəyev, Gülbəniz Qənbərova, Nəzrin Əliyeva, Eldar Həmzəli, Sənan Rzayev, Gülşən Axundova, Emin Əliyev, Orxan Babayev, İlya Hüseynov, Fuad Ağamalıyev var.