13 fevral 2026 10:23
92

Bu gün Xəzər rayonunda işıq olmayacaq

Bu gün Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Məlumata görə, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir və yenidənqurma işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 10:30-dan 16:30-dək Buzovna qəsəbəsi Abşeron küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.