12 fevral 2026 22:57
106

Bu yol niyə belə uzun oldu, İlahi!..

Ermənilərin 1988-ci il fevralın 13-də Xankəndidə “Miatsum” bağırtıları ilə  başlanan xəyanət  dosyesinə 1813-cü il  Gülüstan  və 1828-ci il Türkmənçay müqavilələri kontekstində baxış

Bu gün Azərbaycanın Qarabağ bölgəsində 35 il sürən və tam əminliklə söyləmək olar ki, bəşər tarixində müsli görünməmiş faciələr, tükürpədici soyqırımı aktları, qətliamlarla müşayiət olunan qanlı-qadalı münaqişənin əsasını qoyan Xankəndidə ermənilərin ilk mitinqinin başlanmasının  növbəti ildönümüdür. Düz 38 il əvvəl,  1988-ci il fevralın 13-də, soyuqlu-qarlı bir qış günündə əllərində “Lenin, partiya, Qorbaçov!” şüar və transparantları tutmuş bir qrup erməni Xankəndinin ovaxtkı Lenin meydanına toplaşaraq  “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” tələbi ilə siyasi mitinqə başladılar.

Keçmiş Sovet İttifaqı məkanında ilk siyasi aksiya olan və Azərbaycanın kürəyinə qəfil sancılan xəncər effekti doğuran  bu mitinqin ərəfəsində respublikamızın başqa bölgələrində həyat öz axarı ilə davam edirdi. Başqa sözlə, xalqımız keçmiş SSRİ-nin ovaxtkı avantürist rəhbəri Mixail Qorbaçovun “demokratiya”, “yenidənqurma” və “aşkarlıq” nağıllarının təsiri altında yaşamaqda idi.  Belə bir bir dönəmdə birdən-birə məlum oldu ki, sən demə, Azərbaycanın bu gün artıq gorbagor olmuş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə tamam başqa proseslər cərəyan edirmiş. Ona görə “edirmiş” deyirik ki, həmin ərəfədə, necə deyərlər, evinin içində gedən təhlükəli proseslərdən bixəbər olan xalqımız Azərbaycanın başsız başçılarının başımızın altına qoyduqları yastığa söykənib qış yuxusunun ləzzətini yaşamaqda idi. Məhz həmin gün Azərbaycanın bivec rəhbərləri Bakıdakı komfort  kabinetlərində qəflətən qış yuxusundan ayılıb gördülər ki, ay dadi-bidad, paytaxtdan təqribən 400 kilometr aralıda,  muxtar vilayətin inzibati mərkəzi olan Xankəndidə (ovaxtkı qondarma “Stepanakert”) erməni separatçıları illərlə qapalı qaynatdıqları  qazanın qapağını qaldıraraq Azərbaycanın mərkəzi hakimiyyətinə meydan oxumağa başlayıblar. Ən dəhşətlisi o idi ki, başsız “başçılarımız” bu hadisəni hər vəchlə xalqdan gizlətməyə çalışırdılar. Heç bir rəsmi informasiyanın verilmədiyi bir şəraitdə sözügedən mitinqlə bağlı yayılan qeyri-rəsmi xəbər, sözün əsl mənasında, aydın səmada şimşək çaxması effekti doğurdu.

13 fevralda başlayan hadisələrin inkişaf prosesi haqqında az sonra…

“Miatsum”la başlayan xəyanətin tarixi kökləri

Əslində, 13 fevral xəyanətinin tarixi kökləri Azərbaycanın Qarabağ bölgəsində separatizm dalğasının leqal şəkildə start götürdüyü 38 il əvvələ deyil, daha qədim çağlara  gedib çıxır. Xalqımızın faciələrinin, ərazilərimizin işğalının səbəbləri ilə bağlı materialları, arxiv  sənədlərini araşdırarkən belə bir qənaətə gəlmək olur ki, tariximizin XIX ısrin əvvəllərindən başlayan bütün qanlı səhifələrinin kökünü  Azərbaycan torpaqlarının  Rusiya ilə İran arasında bölüşdürülməsinə gətirib çıxarmış bədnam Gülüstan və Türkmənçay “sülh müqavilələri”ndə axtarmaq lazımdır. Məhz həmin sənədlərdən məlum olur ki, son 200 ildə bütün faciələrimizin baiskarları olan Çar və Sovet Rusiyalarının Azərbaycana qarşı ekspansionist siyasətlərinin bünörəsi   1804-1813 və 1826-1828-ci illər rus-İran müharibələrinin yekunlarına dair bu iki dövlət arasında imzalanan məlum “sülh müqavilələri” ilə qoyulub.

1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Rusiya ilə İran arasında tarixə “Gülüstan müqaviləsi” adı ilə düşən və bundan sonrakı bütün faciələrimizin “təməl daşı” olan bədnam  sülh sazişi  imzalanır. Bu müqavilə Çar Rusiyasının Azərbaycanın şimal hissəsini işğal etdiyini rəsmən təsdiqləyir. Ümumiyyətlə, Gülüstan müqaviləsi dünya tarixində özgə torpaqlarının bölüşdürülməsi məqsədilə bağlanılmış ən rüsvayçı və antihumanist müqavilələrdən biridir. Bunun ardınca isə əvvəlkindən də qat-qat rüsvayçı və antihumanist saziş- 10 fevral 1828-ci il tarixli Türkmənçay “sülh müqaviləsi” gəlirdi…

1828-ci ilin 10 fevralı ilə 1988-ci ilin 13 fevralı arasında bağlılıq varmı?..

Tarixi mənbələr sübut edir edir ki, bəli, var. Özü də çox böyük ölçüdə. Məsələ burasındadır ki, iki mərhələdə davam edən  Rusiya-İran müharibəsinin yekun nəticəsi olaraq 1828-ci il fevralın 10-da Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində imzalanmış müqavilə təkcə Azərbaycan  ərazilərinin  param-parça edilərək Şimal hissəsinin  Rusiyaya, Cənubunun isə İrana birləşdirilməsi prosesini başa çatdırmadı. Həm də, məcazi mənada ifadə etməli olsaq,  bu bədnam “sülh müqaviləsi”  ilə qayçılanıb dağranmış Azərbaycan torpaqlarının altına ötən 200 ildə xalqımıza bitib-tükənməyən faciələr, müsibətlər, tükürpədici qətliamlar, soyqırımları yaşadan “gecpartlayan mina”  qoyuldu.

Türkmənçay müqaviləsinin ən ağrılı, belə demək mümkünsə, ölümsaçan bəndi olan 15-ci maddəsində vətənsiz Hindistan qaraçıları olan erməni toplumunun Osmanlı imperiyası və İran ərazilərindən tarixi Azərbaycan torpaqlarına, o cümlədən rusların “Zaqafqaziya” adlandırdıqları Cənubi Qafqazın dilbər guşəsi Qarabağa  köçürülməsi məsələsi tam dolğunluğu ilə əksini tapırdı. Ən maraqlısı o idi ki, müqavilənin digər bəndlərindən fərqli olaraq 15-ci maddənin çox qısa  müddətdə  reallaşdırılması nəzərdə tutulurdu və belə də oldu. Tarixi mənbələrdə yer alan məlumatlara görə, erməni köçlərini bütün yol boyu Çar Rusiyasının mühafizə dəstələri müşayiət edir, adambaşına pul və ərzaq paylanır, köç üçün nəqliyyat ayrılır, ən münbit Azərbaycan torpaqları onlara verilir və haylar bütün vergilərdən azad olunurdular. Çar Rusiyasının özünün ekspansionist siyasətində dönük və xəyanətkar ermənilərə böyük önəm verməsini sübut edən ən maraqlı və təkzibolunmaz tarixi faktlardan biri də tanınmış rus rəssamı Vladimir Maşkovun 1828-ci ildə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr etməsidir.

Beləliklə, ermənilərin bizim torpaqlarımıza köçürülməsi ilə Çar Rusiyası XIX əsrin əvvəllərindən başlayaraq əzəli Azərbaycan torpaqlarında yeni bir vəhşi etnos məskunlaşdırdı. Bu faktı görkəmli rus tarixçiləri və tədqiqatçıları öz əsərlərində dönə-dönə qeyd etmişlər. Məsələn, tanınmış rus tədqiqatçısı Nikolay Şavrovun hesablamalarına görə, təkcə 1826-1828-ci illərdə Yelizavetpol və İrəvan quberniyalarının ən məhsuldar torpaqlarına İrandan 40 mindən çox, Türkiyədən  isə 84.600 nəfər erməni köçürülmüşdür. Bu təkzibolunmaz faktdan bir daha  məlum olur ki ruslar hələ Türkmənçay müqaviləsi qüvvəyə minməmişdən öncə öz sadiq köpəklərini tarixi Azərbaycan torpaqlarında məskunlaşdırmağa başlamışlar və çox qısa müddətdə köçürülənlərin sayı milyonu ötüb keçmişdr. Şavrov 1911-ci ildə bununla bağlı  yazırdı: "Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik."

13 fevral 1988-ci il: Sonun başlanğıcımı?..

Sual ritorik görünə bilər. Amma bu sualın dərin qatlarında gizlənən tarixi məqamların bugünkü məntiqi sonluğu sübut etdi ki, həmin vaxtadək məskunlaşmalarından ötən 160 ildə (1828-1988) ağalarının dəstəyi ilə Qarabağın dağlıq hissəsində, necə deyərlər, at oynatmalarından vəcdə gələrək “Miatsum” niyyətlərinin ilk açıq ifadəsi kimi üzə çıxan  13 fevral mitinqi vandal xislətli  haylar üçün həqiqətən də sonun başlanğıcı imiş.  Axı, “gəmidə oturub gəmiçi ilə dava edən”in son aqibətinin dənizin və ya okeanın dərinliklərinə gömülmək olduğunu  tarix dəfələrlə sübuta yetirib. Bu kontekstdə qayıdaq yazının əvvəlində vəd etdiyimiz  ermənilərin 38 il əvvəl Xankəndidə 13 fevral xəyanəti ilə başlatdıqları qanlı-qadalı hadisələrin səbəbləri, prosesin gedişi və nəticələri ilə bağlı  mülahizələrimizin davamına.

Həmin vaxt mən Yevlaxda nəşr olunan “Təşəbbüs” qəzetində redaktor müavini vəzifəsində çalışırdım. İlk günlər camaat arasında dolaşan qanqaraldıcı xəbər Sovet İttifaqının, o cümlədən bizim qəzetimiz də daxil Azərbaycanın heç bir kütləvi informasiya vasitəsində dərc olunmadığına görə informasiya blokadasında olan insanlar çaş-baş qalmışdılar. Hər kəsin narahatlıq yağan  çöhrəsindən eyni məzmunlu sual oxunurdu: Dağlıq Qarabağda nə baş verir? Orada ermənilərin  küçələrə çıxaraq Azərbaycandan ayrılıb Ermənistana birləşmək tələbi ilə mitinq keçirmələri barədə ara-sıra sızan qeyri-rəsmi məlumatlara isə heç kim inanmaq istəmirdi. Axı, Mixail Qorbaçovun aşkarlıq, demokratiya, yenidənqurma  sayıqlamalarına  baxmayaraq, o dövrdə SSRİ ərazisində hər hansı xalqın siyasi tələblərlə mitinq keçirməsi və hakimiyyət orqanlarının bu cür qeyri-konstitusion hərəkətlərə biganə qalması heç cür inandırıcı görünmürdü.

Lakin çox keçmədən bütün məsələlərə aydınlıq gətirildi. Bir neçə gündən sonra SSRİ-nin, o cümlədən Azərbaycanın sərt dövlət senzurası altında olan mətbuat orqanları həqiqətən ermənilərin Xankəndidə mitinq keçirmələrini anlaşıqsız, mücərrəd cümlələrlə etiraf etməyə məcbur oldular. Amma bu olay kütləvi informasiya vasitələrində elə formada təqdim edilirdi ki, ümumiyyətlə, Xankəndidə, bütövlükdə Qarabağın dağlıq hissəsində nələrin baş verdiyini ayırd etmək mümkün olmurdu.

Hadisələrin sürətli və gözlənilməz (sonralar məlum oldu ki, əslində gözlənilən) inkişafı yavaş-yavaş Xankəndidə baş verənlərin əsl mahiyyətini ortaya qoymuş oldu. Tezliklə o da məlum oldu ki, tarixçilərin “Türkmənçayın övladları” adlandırdıqları ermənilər tərəfindən mitinq üçün fevralın 13-ü günü  təsadüfən seçilməyibmiş. Əvvəlcədən müəyyənləşdirilmiş plana uyğun  olaraq mitinq qəsdən yuxarıda haqqında bəhs etdiyimiz bədnam Türkmənçay müqaviləsinin 160 illiyi  ərəfəsində gizli surətdə, İrəvan hava limanı vasitəsilə  Moskvaya Azərbaycandan şikayətə getmiş  və orada yüksək çinli Sovet rəhbərləri tərəfindən qəbul edilmiş “Dağlıq Qarabağın erməni ziyalılarının” geri qayıtması gününə təyin edilibmiş. Heç də təsadüfi deyildi ki, mitinq iştirakçıları qarşısında ilk çıxış edən də elə sözügedən “şikayətçilər dəstəsi”nin başçısı, aktrisa Janna Qalstyan olmuşdu. Onun erməniləri Azərbaycana qarşı mübarizəyə səsləyən qısa və bəlağətli çıxışında  ucadan bəyan edilən “Qarabağlılar (o vaxt hayların sonradan “səxavətlə” dövriyyəyə buraxdıqları qondarma “artsax” ifadəsinin nəinki özü, heç izi-tozu da yox idi-Ə.Q.) bu meydana çıxmaqla öz daxillərindəki qul psixologiyasını öldürdülər” çağırışına mitinq iştirakçıları “Miatsum” (birləşmək) bağırtıları ilə cavab verirlər. Bu bağırtılardan sonra meydanın hərəkətə gəlməsinə baxmayaraq, sonralar məlum oldu ki, sən demə, mitinqin təşkilatçılarının dabanlarına tüpürüb qaçmaları üçün bircə işarə kifayət imiş. O işarə isə nə Moskvadakı mərkəzi  hakimiyyətdən, nə də onun Bakıdakı vassallarından verilmədi...

Bu qətiyyətsizliyin əsl mahiyyəti Azərbaycanın ozamankı siyasi rəhbərliyinin mərkəzi hakimiyyətə tabe olmadıqlarını açıq-aşkar  bəyan edən separatçıları dostluğa, qardaşlığa səsləyən yalvarışlarından daha da ruhlanan ermənilərin bir həftə keçməmiş atdıqları növbəti qanunsuz addımdan sonra tam çılpaqlığı ilə üzə çıxdı. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları  Soveti o vaxtadək SSRİ məkanında misli görünməmiş qanunsuzluğa əl atdı. Muxtar vilayətin Xalq Deputatları Sovetinin həmin gün keçirilən sessiyasında faktiki olaraq “Dağlıq Qarabağın dövlət müstəqilliyinə və öz müqəddəratını təyin etmək hüququna əsaslanan” olduqca absurd bir qərar qəbul edildi. Belə bir antikonstitusion qərarın qəbul edilməsi nəinki Azərbaycana, bütövlükdə SSRİ-nin rəhbərliyinə meydan oxumaq idi.

Açığını deyim ki, o vaxt Azərbaycanın muxtar qurumunda cərəyan edən prosesləri  həyəcanla izləyən milyonlarla  insan kimi bu sətirlərin müəllifində də tezliklə Qarabağda baş qaldıran separatizmin kökünün kəsiləcəyinə dərin inam və ümid vardı. Axı, ermənilərin konstitusiyaya və qanunlara zidd seperatçı  hərəkətlərinin qarşısının alınmaması çoxmillətli Sovet İttifaqının hər yerində analoji hadisələrin təkrarlanmasına şərait yaratmaq demək olardı. Bu məntiqə arxalanaraq, həmin dövrdə biz jurnalistlər problemin çözülməsi üçün öz yazılarımızda həm erməniləri ağlın, zəkanın səsinə qulaq asmağa çağırır, həm də Qarabağda gedən prosesləri işıqlandırmaq üçün Moskvadan gələn həmkarlarımızı Qarabağın  qapısı sayılan Yevlaxda qarşılayıb münaqişə regionuna yola salarkən onları Azərbaycanın bu bölgəsində baş verənlərin əsl mahiyyəti haqqında məlumatlandırmağa çalışırdıq. Lakin sonralar mərkəzi mətbuatda, xüsusilə “Trud”, “Komsomolskaya pravda”, “İzvestiya” və digər  qəzetlərdə ermənilərin separatçı hərəkətlərinə haqq qazandıran yazıları oxuyarkən dərin  məyusluq hissi keçirməkdən başqa əlimizdən heç nə gəlmirdi.

İttifaq hökumətinin və onun yerdəki vassalı olan Azərbaycan rəhbərliyinin artıq Qarabağda gedən prosesləri dayandırmaq iqtidarında olmamaları DQMV Xalq Deputatları Sovetinin sessiyasının məlum qərarından təxminən bir həftə sonra, fevralın 27-28-də, sonralar məlum olduğu kimi, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən Sumqayıtda təşkil olunan erməni talanlarının nəticələri ilə sübuta yetirildi. Bundan sonra baş verənlər Azərbaycan cəmiyyətində SSRİ rəhbərliyinin erməni separatçılarını yerində oturdacaqlarına qalan az-çox inamı da tamamilə öldürdü. Hadisələrin sonrakı inkişafı sübut etdi ki, əvvəlcədən beynəlxalq erməni mafiyası tərəfindən ələ alınmış Mixail Qorbaçov nəinki Qarabağda baş qaldıran separatizmi dayandırmaq iqtidarında deyil, əksinə özü bu məkrli planın müəlliflərindən biridir.

Zənnimizcə, 13 fevral olayından sonra Azərbaycanın üzləşdiyi faciələr barədə ətraflı söhbət açmağa ehtiyac yoxdur. Təkcə onu qeyd etmək kifayətdir ki, 1988-ci il fevralın 13-də Xankəndidə “Miatsum” bağırtıları ilə başlanan erməni xəyanəti nəticəsində 32 il Azərbaycan öz tarixi  torpaqlarının beşdə bir hissəsindən məhrum oldu. “Miatsum” bağırtılarının  dalğası ilə çox qısa müddətdə bu gün Ermənistan adlanan tarixi Qərbi Azərbaycan torpaqlarından 250 min nəfərdən çox  soydaşımız misli görünməmiş ağrı-acılarla deportasiya edildi. Bir milyona yaxın azərbaycanlı Qarabağdan, Şərqi Zəngəzurdan kütləvi qətliamlar, analoqsuz soyqırımı aktları ilə müsayiət olunan ən vəhşi üsullarla qovularaq   öz doğma Vətənində qaçqına, köçkünə çevrildi. 1988-ci il fevralın 13-də “Miatsum” bağırtıları ilə  Xankəndidə start götürən separatism dalğası bizə  20 noyabr 1991-ci il vertalyot qəzası Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan ... itkiləri yaşatdı.

Çar Rusiyasının “10 fevral direktivi” ilə  gəlmişdilər, Sovet Rusiyasının “13  fevral direktivi” ilə getdilər…

Bəşəriyyətin yaşı milyon illərə söykənən  tarixi dəfələrlə sübut edib ki, heç bir cinayət cəzasız qalmır. Sadəcə, bunun, necə deyərlər, geci, tezi var. Bütöv bir xalqa  qarşı bəşəri cinayətlər törətmiş dövlətlərin və ya dövlətlər qrupunun etdiklərinə görə layiqli cəzalarını almaları üçün bəzən illər, qərinələr, hətta yüz illər tələb olunur. Amma əsas olan odur ki, gec və ya tez İlahi ədalət zəfər çalır. Zaman-zaman beynəlxalq güclər tərəfindən hörülən xəyanət torunun məngənəsində sıxılan  Azərbaycan məhz özünün çoxəsrlik tarixində dəfələrlə belə bəşəri cinayətlərin arı-acısını yaşamışdır.  Bu güclər min bir fitnə-fəsadla tarixi torpaqlarımızda məskunlaşdırdıqları, hərbi, siyasi, maliyyə dəstəyi verib  başımıza çıxardıqları vandal xislətli hay toplumunun əli ilə  hər fürsətdə torpaqlarımızı kəsib doğrayaraq Azərbaycanı böyük coğrafi ərazidən kiçik məmləkətə çevirmişlər.

Yuxarıda qeyd etdiyimiz kimi, iki əsr əvvəl-1828-ci il fevralın 10-da Rusiya-İran müharibələrinin yekunu olaraq bu dövlətlər arasında imzalanmış və Azərbaycan torpaqlarının bölüşdürülməsi prosesini başa çatdıran bədnam Türkmənçay “sülh müqaviləsi”,  xüsusilə onun 15-ci maddəsi növbəti dəfə bu alçaq niyyətin reallaşmasının “təməl daşı” oldu. Obrazlı ifadə etməli olsaq, sonrakı faciələrimizin icraçıları olan  haylar Çar Rusiyasının, necə deyərlər, “10 fevral direktivi” əsasında  tarixi torpaqlarımıza, o cümlədən  cənnət Qarabağımızın axarlı-baxarlı  dağlıq hissəsinə  sahibləndilər. Aradan 160 il keçəndən sonra, 1988-ci il fevralın 13-də  yenə də bu dəfə saxta “qardaş xalqların vahid ailəsi” libasına bürünmüş  Sovet Rusiyasının vassallarına Azərbaycan torpaqlarını peşkəş etmək siyasətinin əhatə dairəsini daha da genişləndirmək niyyəti  güdən “13 fevral direktivi” əsasında Xankəndidə növbəti erməni xəyanəti start götürdü. Amma 13 fevral xəyanəti bir qərinədən də artıq müddətdə xalqımıza müsli  görünməmiş  faciələr, müsibətlər, qandonduran qətliamlar, soyqırımı aktları yaşatsa da 200 ilə yaxın tarixi Azərbaycan torpaqlarında at oynadan erməni separatizmi  üçün sonun başlanğıcı oldu.

Qurtaran dahi  odur…

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü…

XX əsr Azərbaycan ədəbiyyatının sönməz Günəşi, böyuk  Hüseyn Cavid 1918-ci ildə qələmə aldığı bu misraları  sanki bugünkü Azərbaycanın alternativsiz Lideri İlham Əliyevi nəzərdə tutaraq yazıb. Məhz qətiyyətli Prezident,  yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Liderliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin birgünlük lokal antiterror tədbirlərində şanlı Qələbə qazanmaqla  erməni quldur dəstələrinin 200 ilə yaxın müddətdə tarixi Azərbaycan torpaqlarında axıtdıqları qan izini birdəfəlik kəsdi. Qarabağ Fatehi erməni vandalizminin tökdüyü günahsız azərbaycanlıların  “qan izini kəsməklə” bütövlükdə  Cənubi Qafqazı erməni taunundan “qurtaran dahi” zirvəsinə yüksəldi! Başqa sözlə, nəhayət, gec də olsa İlahi ədalət Zəfər çaldı!

Sən tarixin ironiyasına bax ki…

Azərbaycanın  bu tarixi Zəfəri təkcə ötən iki əsrdə ərazilərimizə sahiblənmək naminə xalqımızı qan gölündə  boğan vandal erməni toplumu  deyil, bütövlükdə özgə torpaqlarını işğal etmək niyyətinə düşənlər üçün ibrətamiz faktdır. Sən tarixin ironiyasına bax ki, 13 fevral xəyanətinin ildönümü ərəfəsində  Ermənistanın ölkəmizə  qarşı 35 il sürən hərbi təcavüzünün təşkilatçılarından və  iştirakçılarından bir qrupu Azərbaycanın ədalət məhkəməsinin hökmü ilə layiqli cəzalarını aldılar.  Fevralın 5-də Bakı Hərbi Məhkəməsində ötən il yanvar ayının 17-də başlamış və bir ildən çox davam edən məhkəmə prosesinin yekununda  insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan, Madat Babayan, Melikset Paşayan, Qarik Martirosyan, Davit Allahverdiyan, Vasili Beqlaryan, Qurgen Stepanyan, Levon Balayan, Erik Qazaryan ömürlük və ya uzunmüddətli həbs cəzasına məhkum edildilər.

Yuxarıda “Müzəffər Ali Baş Komandan İlham Əliyev  erməni quldur dəstələrinin 200 ilə yaxın müddətdə tarixi Azərbaycan torpaqlarında axıtdıqları qan izini birdəfəlik kəsdi” cümləsini təsadüfən işlətmədik. Bəli, adlarını çəkdiyimiz separatçıların aqibəti (inşallah belə bir aqibət Xocalı qatilləri Robert Koçaryanı, Serjik Sarkisyanı, Seyran Ohanyanı və yanları da gözləyir) bir daha sübut etdi ki, min illər  bundan sonra da heç bir erməni Azərbaycan ərazilərinə nəinki hərbi təcavüz etmək, hətta daş atmaq xəyalına belə düşməyəcək. Əgər yenə də yolunu azıb belə bir niyyətdə bulunsa unutmasın ki, “Dəmir yumruq” yerindədir!..

Əhməd Qurbanoğlu, “İki sahil”