Meksikaya işgüzar səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti Matias Romero adına İnstitutda olub.
“İki sahil” xəbər verir ki, institutun Baş direktoru Xuan Xose Bremer de Martino ilə görüşdə akademik əməkdaşlıq imkanları, ADA Universiteti və digər təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri, regional məsələlər və ikitərəfli münasibətlərin yeni istiqamətləri müzakirə edilib.
Görüşdən sonra nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun “Cənubi Qafqazda yeni reallıqlar: Azərbaycanın sülh və regional rifaha aparan yolu” mövzusunda mühazirəsi dinlənilib.
Mühazirədə Azərbaycanın müstəqillik yolu, ümummilli lider, müasir müstəqil dövlətimizin memarı Heydər Əliyevin ölkəmizin müstəqilliyinin bərpası, möhkəmləndirilməsi və inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edilib. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycanın inkişaf mərhələsi, 44 günlük Vətən müharibəsi, ölkəmizin sülh gündəliyi, bölgədə formalaşmış yeni geosiyasi reallıqlar və əməkdaşlıq perspektivləri barədə məlumat verilib və iştirakçıların sualları cavablandırılıb.
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
“Milat” YAP-ın fəaliyyəti və qarşıya qoyduğu hədəflərlə bağlı material yayımlayıb