12 fevral 2026 11:12
165

Anası tərəfindən imtina edilən körpənin son durumu

Gəncədə anası tərəfindən imtina edilən körpənin vəziyyəti ilə bağlı TƏBİB məlumat yayıb.

“İki sahil” xəbər verir ki, 10.02.2026-cı il tarixində saat 12:35 radələrində 2025-ci il təvəllüdlü azyaşlı (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə hospitalizasiya olunub.

Ona yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu təyin olunub. Hazırda körpənin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, anası tərəfindən imtina edilən körpənin iki aylıq olduğu bildirilir. Körpə qız uşağıdır. Məlumata görə, körpənin anası uşağını körpələr evinə verilməsini istəyib. Hazırda adiyyatı qrumlar tərəfindən araşdırmalar aparılır.