12 fevral 2026 00:42
104

Livan açıqladı: Tezliklə...

Livan hökuməti gələn həftə Litani çayının şimalındakı ərazilərdə dövlət səlahiyyətlərini genişləndirmək və bütün silahları dövlət nəzarətinə keçirmək planının ikinci mərhələsinin necə davam etdiriləcəyinə qərar verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Livanın informasiya naziri Pol Morkus Küveytə səfəri zamanı jurnalistlərə bildirib.

"Qərar ordunun ehtiyaclarını və imkanlarını əks etdirən hesabata əsaslanacaq", - deyə o bildirib.

Eyni zamanda, Morkus Livan ordusu ilə "Hizbullah" arasında hər hansı bir toqquşma ehtimalını istisna edib: "Məqsəd dövlət gücünü genişləndirmək və sabitliyə nail olmaqdır".