Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Berlində Mərkəzi Asiya ölkələrinin - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirlərini qəbul edib.
“İki sahil” Almaniya Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, görüşdə iqtisadi, xüsusilə xammal və enerji sektorunda əməkdaşlığın genişləndirilməsi, Avropa ilə Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələri müzakirə edilib. Bundan başqa, təhlükəsizlik siyasəti, o cümlədən Əfqanıstanla bağlı vəziyyət və regional əməkdaşlıq məsələləri, həmçinin su idarəçiliyi sahəsində işbirliyinə dair fikir mübadiləsi aparılıb.
“Mərkəzi Asiya 5+1” konfransı çərçivəsində təşkil olunan bu görüş Almaniyanın mühüm strateji əhəmiyyətə malik regionla dialoq və əməkdaşlığının dərinləşdirilməsinə xidmət edir. Bu görüş, həmçinin dövlət və hökumət başçılarının növbəti sammitinə hazırlıq xarakteri daşıyıb.
Almaniya Mərkəzi Asiyanın bu beş dövləti ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir.
Ukrayna mediası ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfərinə geniş yer ayırıb