Azərbaycan-Litva Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası bu il keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Litvanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbirdə bildirib.
O xatırladıb ki, əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də Azərbaycan və Litva arasında uğurlu yüksək səviyyəli görüşlər və səfərlər baş tutub.
"Siyasi dialoqun davam etdirilməsinə, həmçinin iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə qarşılıqlı maraq fonunda bu il qarşılıqlı səfərlər və Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır", - F.Rzayev qeyd edib.
O, əminliyini bildirib ki, birgə səylər nəticəsində Bakı ilə Vilnüs arasındakı münasibətlər qarşıdakı illərdə hər iki ölkənin və xalqın rifahı naminə daha da möhkəmlənəcək.
Xatırladaq ki, Hökumətlərarası Komissiyanın 7-ci iclası 2023-cü il mayın 8-də Vilnüsdə keçirilib.
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
“Milat” YAP-ın fəaliyyəti və qarşıya qoyduğu hədəflərlə bağlı material yayımlayıb