11 fevral 2026 13:48
200

Milli Məclisin deputatı  Səbinə Xasayeva Lökbatan qəsəbəsində  seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Səbinə Xasayeva Qaradağ rayonunun Lökbatan qəsəbəsində  Yeni Azərbaycan Partiyası(YAP)Qaradağ rayon təşkilatının  inzibati binasında seçicilərlə görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüşdə seçicilər işə qəbul olunmalarına, işsizliyə görə ünvanlı dövlət sosial yardım(ÜDSY)  almaq hüququnun təyin edilməsinə, özünüməşğulluq proqramı  çərçivəsində  təşkil edilən  peşə kursuna cəlb edilmələrinə, vətəndaşların hüquqlrının pozulmasının qarşısının alınmasına, qanunlara ciddi əməl  edilməsinə nəzarətin gücləndirilməsinə, şəxsi problemlərinin həll edilməsi üçün  maddi yardım verilməsinə və digər problemlərinin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Seçicilərin müraciətləri qeydə alınıb, aidiyyəti  qurumlara  göndərilməsi üçün  nəzarətə götürülüb.