Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mövcud hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
“İki sahil” xəbər verir ki, agentliyin balansında olan bütün avtomobil yolları fasiləsiz nəzarətdə saxlanılır.
Qar yağan və buzlaşma müşahidə olunan ərazilərdə hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin edilməsi üçün gecə-gündüz operativ tədbirlər görülür.
Görülən tədbirlər vətəndaşların rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına xidmət edir.