Türkiyənin məşhur “Poyraz Karayel” serialında “Sefer”i canlandıran aktyor Kanbolat Görkem Arslan vəfat edib.
“İki sahil” Türkiyə mətbuatına istinadla xəbər verir ki, 45 yaşlı aktyorun ölüm səbəbi hələ məlum deyil.

Məlumata görə, gecə saatlarında halı pisləşən Arslan xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, K.Görkem karyerasına 2004-cü ildə “Çemberimde gül oya” serialı ilə başlayıb. Daha sonra o, “Poyraz Karayel”, “Bir deli rüzgar”, “Hatırla sevgili”, “Ezel”, “Yer gök aşk”, “Asi”, “Servet”, “Hayat bazen tatlıdır” və bir çox seriallarda rol alıb. Ən son “Kudüs Fatihi Selahaddin Eyyubi” serialında Gümüştekin obrazını canlandırıb.
Arslan 2021-ci ildə rəqqasə Hicran Akınla ailə həyatı qurub.
İran ordusu Hörmüz boğazında özünün təyin etdiyi qaydaları pozan gəmilərə hücum edib
Putin: Tramp Rusiya-Ukrayna münaqişəsinin nizama salınmasına öz töhfəsini vermək cəhdlərini dayandırmır
İranda yanacaq daşıyan yük avtomobilinin partlaması 10 nəfərin həyatına son qoyub
Zelenski: Stiv Vitkoff və Cared Kuşneri gözləyirik və məzmunlu danışığa hazırıq