Şuşaya növbəti dəfə qar yağıb. Azərbaycanın mədəniyyət paytaxtı olan qədim qala-şəhər yenidən bəyaz örtüyə bürünərək, seyrinə doyum olmayan mənzərələr yaradıb.
“İki sahil” xəbər verir ki, qışın gəlişi ilə Şuşanın hər bir guşəsi xüsusi bir gözəllik qazanıb. Şəhərin simvolu sayılan tarixi abidələr, sıldırım qayalar və uca ağaclar qarın yaratdığı ağ libasla sanki bir nağıl dünyasını xatırladır. Yağan qar şəhərin tarixi ruhunu daha da qabardaraq, qış mənzərəsini füsunkar bir tabloya çevirib.
Dağların zirvəsində yerləşən bu əzəmətli şəhər, dumanlı və qarlı havası ilə bura gələn qonaqları özünə heyran qoyur. Hazırda yağıntı davam edir.
Yenidən ağ örpəyə bürünən Şuşadan görüntüləri təqdim edirik.