Bu, ABŞ-ın xarici siyasətində də özünü göstərir - biz istərdik ki, bir-birimizlə daha sıx olaq, tərəfdaşlığımızı daha da gücləndirək.
“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu tərəfdaşlıq regionda sülh və əmin-amanlıq yaradacaq, daha çox bazarlara çıxışı təmin edəcək: “Bu isə regionda elə bir şərait yaradacaq ki, xalqlar toqquşmasın, əməkdaşlıq etsin. Bu, ABŞ Prezidentinin üzərimizə qoyduğu hədəfdir. Biz bunu icra edirik və çalışırıq belə tədbirlər keçirməklə bir-birimizə yardımçı olaq”.
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib YENİLƏNƏCƏK
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO