İcbari Sığorta Bürosu (İSB) icbari sığorta sahəsində rəqəmsal transformasiyanı sürətləndirir və müştəri məmnuniyyətini artırmağa yönəlmiş strateji təşəbbüslər həyata keçirir.
“İki sahil” xəbər verir ki, bu barədə İSB-nin İcraçı direktoru Vüsal Məsiyev bildirib.
2025-ci ildə həyata keçirilmiş strateji layihələr data əsaslı qərarvermə və rəqəmsal texnologiyaların tətbiqinə yönəldilib. Bu təşəbbüslər sığorta sahəsində şəffaf, çevik və müasir mühitin formalaşdırılmasına xidmət edir.
Vüsal Məsiyev əlavə edib ki, İSB-nin əsas prioritetləri innovativ həllərin tətbiqi, müştəri məmnuniyyətinin artırılması və icbari sığorta sektorunun dayanıqlı inkişafının təmin edilməsidir. Bürosunun rəhbərliyi inanır ki, həyata keçirilən strateji layihələr sayəsində İSB regionda qabaqcıl InsurTech mərkəzlərindən birinə çevriləcək.
İSB-nin bu təşəbbüsləri, həmçinin sığorta olunanların hüquqlarının qorunmasını gücləndirir və bazarda şəffaflığın artırılmasına mühüm töhfə verir.
Orxan Vahidoğlu, "İki sahil"