İcbari Sığorta Bürosunun 2025–2027-ci illər üzrə inkişaf strategiyası üzrə 14 təşəbbüs və 66 fəaliyyət nəzərdə tutulub.
“İki sahil” xəbər verir ki, bunu “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova büronun 2025-ci ildə icra olunmuş strateji layihələri üzrə hesabatının təqdimatında bildirib.
Xanım Camalova qeyd edib ki, bu, 2025-2027-ci illər üzrə nəzərdə tutulmuş fəaliyyətlərdir: "Bunlardan 2025-ci il üzrə 7 fəaliyyət üzrə işlər yekunlaşdırılıb, 39 fəaliyyət fəaliyyət üzrə isə işlərin icrası davam edir".