09 fevral 2026 20:33
112

Nikol Paşinyan Azərbaycanla sülhdən danışdı

Ermənistan Azərbaycanla sülhü geri dönməz hesab etməyə çox yaxındır.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ-nin vitse-prezidenti Cey Di Venslə görüşündə bildirib.

N.Paşinyan bildirib ki, Vensin Ermənistana səfəri tarixi və rəmzi əhəmiyyət daşıyır və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasının misli görünməmiş reallıqları kontekstində baş tutur.

"O, Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında formalaşmış möhkəm və strateji tərəfdaşlığın dərinliyini əks etdirir", - Baş nazir deyib.