AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nümayəndə heyəti Daşkənd şəhərində Özbəkistanın aparıcı yükdaşıma xidmətləri göstərən şirkətlərinin nümayəndələri ilə görüşüb.
“İki sahil” ADY-yə istinadla xəbər verir ki, görüşdə Orta Dəhlizin artan strateji əhəmiyyəti, Azərbaycanın bu marşrut üzrə tranzit imkanları və regionlararası yükdaşımaların inkişaf perspektivləri müzakirə olunub.
ADY-nin müasir dəmir yolu və liman infrastrukturu, eləcə də multimodal daşımalar üçün təqdim etdiyi çevik və rəqabətqabiliyyətli həllər barədə ətraflı məlumat verilib.
Tərəflər yükdaşımaların həcminin artırılması, logistika proseslərinin optimallaşdırılması və uzunmüddətli əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Özbəkistanlı yükgöndərənlər ADY ilə əməkdaşlıqda və Orta Dəhliz, o cümlədən Avrasiya Nəqliyyat Marşrutu üzrə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq