bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti Cio Kristofoli Bakı Ali Neft Məktəbində (BANM) olub. O, BANM-in kampusu ilə tanış olub, tələbələr üçün master-klas keçib.
Tədbirin açılışında BANM-in rektoru Elmar Qasımov bp ilə sıx əməkdaşlığın mövcudluğunu vurğulayaraq BANM-in 100-dən artıq məzununun bp-də çalışdığını, hər il onlarla tələbənin şirkətdə təcrübə keçdiyini, Ali Məktəbdə bp-nin yaratdığı laboratoriyanın uğurla fəaliyyət göstərdiyini qeyd edib.
Cio Kristofoli “Texnologiya, insan faktoru, liderlik” mövzusunda keçdiyi master-klasda texnologiyanın peşəkar kadrlar və səmərəli proseslərlə bərabər enerji sektorunda artan rolu və innovasiyaların tətbiqi barədə danışıb. O, karyera yüksəlişi, liderlik bacarıqlarının qazanılması və uğurlu mütəxəssis olmaq üçün şəxsi təcrübələrini bölüşüb, tövsiyələrini verib, tələbələrin suallarını cavablandırıb.
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlıq üzrə Niyyət Məktubu imzalanıb
SOCAR-ın prezidenti Çin İxrac-İdxal Bankının vitse-prezidenti ilə görüşüb - FOTO