Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün elan edilmiş qrant müsabiqəsi çərçivəsində Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təqdim etdiyi “Tələbə-gənclər arasında milli kimlik və milli-mənəvi dəyərlərin innovativ və interaktiv yanaşmalarla təbliği” adlı layihədə qalib elan olunmuşdur.
Layihənin əsas məqsədi əsas məqsədi Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr arasında milli kimlik, milli-mənəvi dəyərlər və mədəni irsin daha dərindən anlaşılması və təbliğini həyata keçirməkdir.
Layihə çərçivəsində gənc nəsildə milli şüurun yüksəldilməsi, onların tarixi-mədəni köklərə bağlılığının gücləndirilməsi və vətənpərvərlik hissinin artırılması məqsədilə interaktiv və maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur. Tədbirlər zamanı tələbələrin fəal iştirakı təmin olunacaq, milli dəyərlərin gələcək nəsillərə ötürülməsi və qorunması istiqamətində davamlı yanaşma formalaşdırılacaqdır.
Eyni zamanda layihə gənclərə milli irsin zənginliyini dərk etdirməklə yanaşı, onun qorunması və yaşadılması məsuliyyətini aşılamağı, onların həm fərdi, həm də ictimai inkişafına töhfə verməyi hədəfləyir. Bu fəaliyyətlərin gənclərin vətənə bağlılığının möhkəmlənməsinə, cəmiyyətimizdə birlik və həmrəylik ruhunun gücləndirilməsinə mühüm töhfə verəcəyinə inanırıq.
Üç ay müddətində icra olunacaq layihə çərçivəsində bir təqdimat tədbiri və Bakı şəhərində yerləşən 7 ali və orta ixtisas təhsil müəssisələrində tədbirlər təşkil olunacaq.