Azərbaycan, Özbəkistan və Gürcüstan arasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub.
"İki sahil" "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, bu barədə müzakirələr ADY sədri Rövşən Rüstəmovun Daşkənd şəhərində "Özbəkistan Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev və "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşündə aparılıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, üç ölkə arasında dəmir yolu sahəsində iş birliyi, o cümlədən Orta Dəhlizlə Mərkəzi Asiyadan Avropa istiqamətində yükdaşımaların daha səmərəli təşkili üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Həmçinin bu dəhlizlə yükdaşımaların daha da artırılması və yeni yüklərin cəlb olunması məqsədilə rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır
Özbəkistanlı yükgöndərənlərlə Orta Dəhliz üzrə daşımaların artırılması imkanları müzakirə olunub
Avrasiya Nəqliyyat Marşrutuna maraq artır: Gürcüstan Beynəlxalq Assosiasiyaya qoşuldu
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması bir il müddətinə uzadılıb