Beynəlxalq əməkdaşlıqla bağlı layihələrdən biri “TürkTransplant”ın yaradılması ilə bağlı Niyyət Protokolunun imzalanmasıdır. Bu sistem Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstanı əhatə edir. Əməkdaşlığın əsas praktiki əhəmiyyəti sümük iliyi köçürülməsinə ehtiyacı olan xəstələr üçün uyğun donorların daha tez tapılmasıdır. Genetik yaxınlığa görə Türkiyənin TürkKök donor bankında bizə uyğun donor tapmaq ehtimalı daha yüksəkdir.
Bu fikirləri Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasova “İki sahil”qəzetinə özəl müsahibəsində söyləyib.
Yeganə Abbasovanın sözlərinə görə, donoru olmayan uşaqlar üçün uyğun donor axtarışı TürkKök ilik bankı vasitəsilə aparılır və donor müəyyən edildikdən sonra əməliyyat "sümük iliyi transplantasiyası xidmətlərinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində dövlət proqramı ilə Türkiyədə icra olunur. Gələcəkdə isə bu əməkdaşlıq çərçivəsində canlı donor orqanlarının kəsişən əməliyyat prinsipi ilə köçürülməsi mümkün olacaq ki, bu da transplantasiya imkanlarını daha da genişləndirəcək.
Yaqut Ağaşahqızı, “İki sahil”
Azərbaycanda donor və resipiyent hüquqları üçün ETİKA KOMİSSİYASI FƏALİYYƏT GÖSTƏRİR