09 fevral 2026 14:56
876

YAP Kürdəmir rayon təşkilatı “Atakişili kənd 3” ərazi partiya təşkilatının hesabat- seçki yığıncağı keçirilib

"Şəhərsalma və Memarlıq ili" çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı üzrə  “Atakişili kənd 3” ərazi partiya təşkilatının hesabat - seçki yığıncağı keçirilib. Yığıncaqda YAP Kürdəmir rayon təşkilatının sədr  müavini Elxan Qafarov və ərazi partiya təşkilatının üzvləri iştirak edib.

“İki sahil” xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri  Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ərazi partiya təşkilatının sədr Elşən Cəbrayılov hesabat dövrü ərzində görülmüş işlər barədə hesabatla çıxış etdi.

YAP Kürdəmir rayon təşkilatının sədr müavini  çıxış edərək ərazi partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini müsbət qiymətləndirdi.

Çıxışlar və təkliflər dinlənildikdən sonra  Elşən Cəbrayılov  ərazi partiya təşkilatına sədr, Rəşad Abuşov isə sədr müavini seçildilər.