Fevralın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “İki sahil”ə verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalarda birgə səylər, eləcə də regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Bununla yanaşı, Yaxın Şərqdə vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat
Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - Qərbi Azərbaycan İcması
Natiq Qasımovun ailəsi Leyla Əliyeva və Alena Əliyevaya onları ziyarət etməsinə təşəkkür edib