Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 3,18 milyon ABŞ dolları dəyərində geyim idxal edib.
“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,9 % azdır.
Hesabat dövründə Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 4,9 % azalaraq 1,341 milyard ABŞ dollarına düşüb.
Türkiyədən ən çox geyim idxalını Almaniya 224 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 13,6 % az), Niderland 145 milyon ABŞ dolları (4,8 % az) və İspaniya 125 milyon ABŞ dolları (0,3 % çox) dəyərində həyata keçirib.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar