Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəyə yeni vəzifə verilib.
“İki sahil” “Oxu.Az”a istinadla xəbər verir ki, o, “Azərbaycan Televiziya və radio Verilişləri” QSC-nin bədii rəhbəri təyin olunub.
Mehriban Ələkbərzadə xəbəri təsdiqləyib.
“Məlumat doğrudur. Bu gündən işimin başındayam. AzTV-də bədii rəhbər vəzifəsini icra edirəm. Yeni mərhələdə görəcəyimiz işlər çoxdur” - deyə, M.Ələkbərzadə bildirib.
Xatırladaq ki, qəbul edilən dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında baş rejissor, baş rəssam, bədii rəhbər ştatları ləğv edilib, bir sıra texniki vəzifələr isə yeni adlarla adlandırılıb. Bundan sonra M. Ələkbərzadə də vəzifəsini itirmişdi.
Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisi açılıb
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq