04 fevral 2026 18:54
133

Güclü iqtisadiyyat həm də fövqəlgüc deməkdir

Hazırda dünyada beynəlxalq səviyyədə tanınmış 195 müstəqil dövlət var ki, onlardan 193-ü BMT-nin üzvüdür.  Mövcud  qlobal iqtisadi göstərici isə ondan ibarətdir ki, 195 ölkədən  yalnız 10-u dünya iqtisadiyyatında fövqəlgücdürlər. Bunlar ABŞ, Çin, Almaniya, Yaponiya, Hindistan, Böyük Britaniya, Fransa, İtialiya, Braziliya, və Kanadadır.  Həmin ölkələr qlobal ümumi daxili məhsuladakı (ÜDM) paylarına görə dünyanın ən böyük iqtisadiyyatlarından hesab edilirlər.

İqtisadiyatdakı bu fövqəlgülülük 2026-cı ildə də davam edəcəkmi? Çünki  hazırda müxtəlif regionlarda baş verən müharibələr təkcə insanların həyatına deyil, qlobal iqtisadi sistemə, ərzaq təhlükəsizliyinə və iqtisadi inteqrasiyaynın zəifləməsinə də ciddi  təsir göstərir. Ən başlıcası isə enerji qiymətləri artır, qlobal inflyasiya yüksəlir, qlobal ərzaq təminatında əlçatanlıq və təchizat məsələləri çətinləşir.

Xatırladaq ki, son 4 ildə  Ukraynadakı müharibəyə görə NATO-Rusiya qarşıdurması davam edir. Eyni zamanda, İsrail- HƏMAS, İsrail- İran müharibələri də qlobal iqisadiyyatda tənəzüllərə səbəb olub. Burada bir məsələyə xüsusi diqqət yetirmək lazımdır ki, dünyanın ən çox qaz və neft ehtiyatlarına malik ölkəsi olan Rusiyanın Ukranaya qarşı başlatdığı müharibəyə görə iqtisadi sanksiyalarla üzləşməsi hələ də enerji bazarında ciddi çatışmazlıqlar yaradır. Bundan başqa, ABŞ kimi fövqəlgüc bir dövlətin  dünyanın ən böyük ixraaatçı ölkələri olan Çinə, Kanadaya və Meksikaya qoydüğü  yüksək gömrük rüsumları, (bu, hətta 50-80 faiz arasında dəyişir) qlobal miqyasda iqtisadi gərginlik yaradır. Daha bir ciddi müharibə ehtimalı isə ABŞ - İran arasındadır. Artıq ABŞ-ın döyüş gəmiləri İranı tam mühasirəyə alıb. Müharibənin başlaması an məsələsidir.    

Burada maraqlı sual yaranır- bəs davam edən ciddi hərbi münaqişələr dövründə hansı ölkələr öz iqtisadi sabitlyini  qoruya biləcəkdir? Beynəlxalq Valyuta Fondunun (BVF) 3 ay əvvəl dörd ay əvvəl açıqladığı  hesabatına əsasən, 2026-cı il qlobal iqtisadiyyat üçün qeyri-müəyyənlik dövrü ola bilər. Çünki dünyada iqtisadi inkişafın tempi zəifləyir. Lakin bütün bunlara baxmayaraq ABŞ dünyanın ən böyük iqtisadiyyatı olaraq qalacaq. Artıq yüz ildən çoxdur ki, bu ölkə qlobal ÜDM reytinqində birinci yeri tutur və görünür, qarşıdakı onilliklərdə də liderliyini qoruyacaq. BVF-nin hesablamalarına görə, 2026-cı ildə ABŞ iqtisadiyyatının həcmi 32 trilyon dollara çatacaq ki, bu da Çin (2-ci yer), Almaniya (3-cü yer) və Hindistanın (4-cü yer) ümumi ÜDM –in məbləğinə bərabərdir.

Asiyanın ən ğbyük ölkəsi olan Çin 20,7 trilyon dollarlıq proqnozlaşdırılan ÜDM ilə ikinci yeri saxlayacaq. Bu, ABŞ-dan 35 faiz az olsa da, üçüncü yerdəki Almaniyanın göstəricisindən təqribən  üç dəfə çoxdur. Bununla belə, Çin iqtisadiyyatı struktur məhdudiyyətlərlə üzləşir: əhalinin qocalması, daşınmaz əmlak bazarının zəifləməsi və ixrac tariflərinin artması. Bütün bunlar ÜDM artımını son 40 ilin minimum səviyyəsi – ildə təqribən 4 faizə qədər yavaşlada bilər.

Hindistan (4,5 trilyon dollar) daxili tələbat hesabına Yaponiyanı geridə qoyaraq dördüncü mövqeyini möhkəmləndirəcək. Siyahıda, həmçinin İndoneziya və Türkiyə də irəliləyir ki, bu da demoqrafik üstünlükləri və orta inkişaf səviyyəli iqtisadiyyatlarda aparılan islahatları əks etdirir. Fondun məlumatına görə,  Rusiya 2,5 trilyon dollarlıq proqnozlaşdırılan ÜDM ilə siyahıda doqquzuncu yeri tutacaq.

Burada diqqətçəkən digər məsələ Asiyanın da dünyanın ən böyük iqtisadi regionuna çevrilməsidir. Yaponiya, Çin,  və Hindistanın hesabına Asiya ilk dəfə olaraq ümumi ÜDM həcminə görə Şimali Amerikanı ötə bilər. Sonrakı yerdə isə Avropanın qərarlaşması gözlənilir.

Elçin Zaman, «İki sahil»