Son 20 ildə Azərbaycan əhalisi 17 milyard ABŞ dolları dəyərində xalis xarici valyuta alıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Həmin məbləği manata, avroya, funt sterlinqə də çevirə bilərsiniz. Biz buna "yastıq altındakı vəsait" deyə bilərik. Əsas məqsədimiz odur ki, o pullar real sektora gəlsin, ölkə iqtisadiyyatına yönəlsin", - deyə o qeyd edib.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycandakı mübadilə şöbələrində nağd xarici valyutanın alışı satışını 423 milyon ABŞ dolları üstələyib.
WUF13 üzrə Könüllülük Proqramı çərçivəsində “Dayanıqlı şəhərsalma və Davranışlar” mövzusunda 1 000-ə yaxın iştirakçı üçün təlimlər keçirilir
Ölkə üzrə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinə başlanılıb
İyundan bağlamalar yeni qaydada bəyan edilməlidir - Gömrük Komitəsindən xəbərdarlıq