03 fevral 2026 15:56
166

Parlament prospektində evdə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB

Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən birmərtəbəli fərdi yaşayış evində baş verən yanğın məhdudlaşdırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

***

Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən yaşayış evində yanğın başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riski Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.