Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtomobildə yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "QAZEL” markalı yük avtomobilinin yük hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin yük hissəsinə yığılmış taxta materialları yanıb.
Avtomobil yanğından mühafizə olunub.