02 fevral 2026 19:28
229

"TikTok"da "Velizarofficial" adlı səhifəni idarə edən şəxs həbs olunub

"TikTok" platformasında əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə "Velizarofficial" adlı səhifəni idarə edən Salman Məmmədov saxlanılıb.

“İki sahil” xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.

Müvafiq qərarla S.Məmmədov inzibati qaydada həbs edilib.