Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı "Ukraynanın rifah planı"nı müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə AK rəhbəri "X" sosial şəbəkəsində məlumat yayıb.
"Bu gün günorta mən bu həftə keçiriləcək sülh üzrə danışıqlardan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbət apardım", - o yazıb.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri mülki infrastruktura və yaşayış binalarına zərbələr endirməyə davam edir. Buna görə də Aİ Ukraynaya dəstək göndərməyə davam edəcək.
"Biz istilik və işıqlandırmanı təmin etmək üçün yüzlərlə generator göndəririk. Biz növbəti iki il üçün 90 milyard avro məbləğində kredit verilməsi təklifi təqdim etdik. Biz Ukrayna və ABŞ-dən olan tərəfdaşlarımızla vahid Firavanlıq Proqramının yaradılması istiqamətində irəliləyirik və çox tezliklə 20-ci sanksiya paketimizi təqdim edəcəyik. Söhbət Rusiyanı səmimi şəkildə sülhə nail olmaq niyyəti ilə danışıqlar masasına əyləşməyi üçün ona təzyiqlərin artırılmasından gedir", - AK rəhbəri qeyd edib.
Zelenski: Kiyev və Vaşinqton arasında təhlükəsizlik zəmanətləri üzrə sənəd hazırdır