Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) vahid bazarına daha sıx inteqrasiyası ilə bağlı məsələlər tərəflərin gələcək sammitində müzakirə olunacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo bildirib.
Onun sözlərinə görə, sammitin dəqiq tarixi hələlik müəyyən edilməyib, lakin tədbirdə bu məsələni müzakirə etmək mümkün olacaq.
"Bizim vahid bazarımız həqiqətən də Aİ-nin xəzinələrindən biridir və ya Britaniya kontekstində desək, tacın incisidir. Buna görə də biz Baş nazir Kir Starmerin onun üstünlüklərini qəbul etməsini çox yüksək qiymətləndiririk", - Pinyo britaniyalı liderin sözlərinə şərh edərək bəyan edib.
Avropa Komissiyasının rəhbəri və Zelenski "Ukraynanın rifah planı"nı müzakirə edib
Türkiyə və Qazaxıstan arasında 2026–2027-ci illər üzrə Əməkdaşlıq Planı imzalanıb