01 fevral 2026 23:46
81

78 yaşlı kişini maşın vurub

Qaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən kənd sakini - 1947-ci il təvəllüdlü Abdurrəhman Hacımurad oğlu Əliyevi vurub.

78 yaşlı A. Əliyev hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

"Report"