01 fevral 2026 18:45
103

Qaxda “Mitsubishi” ilə “Nissan” toqquşub

Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Mitsubishi” və “Nissan” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı “Mitsubishi” markalı avtomobildə olan 65 yaşlı Sumqayıt şəhər sakini Rafiq Ələkbərov və onun gəlini 32 yaşlı Səma Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Təcili tibbi yardım briqadasının köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qax rayon polis şöbəsində araşdırma aparılır.

AZƏRTAC