Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlər səviyyəli üçüncü görüş hazırlıq mərhələsindədir, hazırda onun keçiriləcəyi yer seçilir.
“İki sahil” xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Türkiyə mediasına müsahibəsində bildirib.
“Artıq nazirlər səviyyəsində iki görüş keçirilib, indi üçüncüsü hazırlanır. Gürcüstanlı qonşularımız hələlik iştirakdan çəkinirlər, lakin biz daim vurğulayırıq ki, onlar üçün qapı açıqdır”, – deyə o, qeyd edib.
Rusiya XİN başçısı təşəbbüsün Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən fəal dəstəkləndiyinə diqqət yönəldib. Formatın əhəmiyyətini vurğulayan diplomat qeyd edib ki, bütün iştirakçılar Cənubi Qafqazda ümumi qonşulardır. Lavrov “3+3” platformasının yaradılmasında əsas təşəbbüskarların Türkiyə və Azərbaycanın olduğunu da xatırladıb.
TÜRKPA Baş katibinin müavini: Türk dünyası artıq ortaq strateji hədəflər ətrafında birləşə bilir
Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb
Vüsal Qasımlı: 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə yaxın şəhər, kənd və qəsəbə bərpa olunacaq