Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə vəziyyətin inkişafını müzakirə edib və diplomatik dialoqu davam etdirmək niyyətini bildiriblər.
“İki sahil” xəbər verir ki, bu barədə Şahbaz Şərif "X" sosial şəbəkəsində yazıb.
"Bu gün İran Prezidenti Məsud Pezeşkian ilə danışdım. Biz inkişaf edən regional vəziyyətlə bağlı fikir mübadiləsi apardıq, daimi dialoq və diplomatik əlaqələrin regionumuzda sülh, təhlükəsizlik və inkişaf üçün həyati əhəmiyyət kəsb etdiyi barədə razılığa gəldik", - o qeyd edib.
Baş nazir, həmçinin yüksək səviyyəli müntəzəm görüşlər və institusional əməkdaşlıq vasitəsilə iki ölkə arasında qardaşlıq əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Nepalda daşqın qurbanlarının ünvanına sosial şəbəkələrdə təhqiramiz şərhlər yazanlar axtarılır
ABŞ səfiri: Londonun İsrail qəsəbələrinə qarşı sanksiyaları Britaniya iqtisadiyyatına zərbə vuracaq
Pakistan Səudiyyə Ərəbistanına qarşı təcavüzə cavab verməyə hazır olduğunu bəyan edib