"Tesla" şirkətinin rəhbəri İlon Mask açıqlayıb ki, 2026-cı ilin ikinci rübünün sonunda şirkət iki modelin — Model X və Model S-in istehsalını dayandıracaq.
“İki sahil” CNN-ə istinadla xəbər verir ki, bu qərar Maskın fikrincə, modellərin istehsalının tezliklə şirkət üçün köhnəlmiş fikir olacağı ehtimalına əsaslanır.

Maskın sözlərinə görə, yaxın gələcəkdə Cybercab adlı sükan və pedal olmayan iki yerlik avtonom elektro-taksinin satışları Tesla-nın digər bütün modellərini üstələyəcək.
Şirkət hesab edir ki, Model X və Model S-in istehsalının dayandırılması ümumi satışlara mənfi təsir göstərməyəcək. Tesla-nın 2025-ci il hesabatına görə, bütün dünyada 1 636 129 avtomobil satılıb. Onlardan 1 585 279 ədədi Model 3 və Model Y-ə, yalnız 50 850 ədədi digər modellərə düşür.